Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Suriya ordusu son sutka ərzində Fəratda - Əsəd su anbarının ətrafndakı 12 kənd və fermanı azad ediblər. Hazırda ordu İŞİD-in bu rayondakı sonuncu forpostu olan Məskən bölgəsinə zərbələrendirir.
Suriya hərbiçiləri son üç ayda Hələbdən şərqə doğru 170 kənd və fermanı öz nəzarətinə keçirib. Məskəndən 5 km aralıda olan Əl-Carax aereportunun azad edilməsi çox böyük uğur sayılır. Bu məkanı əldə etmək üçün edilən hücumlar zamanı 3 mindən artıq İŞİD döyüşçü yaralanıb və ölüb.