2 İyun 2017 08:53
4 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə qədim abidələr var ki, elm onları kimlərin niyə və necə yaratdığı sualına hələ də cavab tapmayıb. Bu abidələri sivilizasiyadan kənar varlıqların inşa etdiyi iddiaları da var.

Teleqraf.com sirrini hələ də qoruyan tarixi abidələr haqqında araşdırmanı təqdim edir.

1. Stounhenc – İngiltərədə qədim nəhəng daş abidə

Yüzlərlə kilometr uzaqlıqdakı daş karxanasından bu nəhəng qayaların necə gətirildiyi məlum deyil.
Əfsanəyə görə, sözügedən qayalar kompleksi sehrbaz Merlin tərəfindən yaranıb. Kompleksin hansı məqsəd üçün ərsəyə gətirildiyi də bilinmir. Müşahidə məntəqəsi, ya da gizlənmək üçün sığınacaq kimi istifadə olunduğu ehtimalı var.

2. Bəəlbək – Livanda qədim məbəd, eyniadlı şəhər

Bu nəhəng məbəd kompleksi eyni zamanda qədim şəhərin xarabalığıdır. Alimlərin cavabını tapa bilmədiyi sual isə 1000 ton ağırlığında daş blokların necə daşınıb bu məbədi inşasına sərf olunmasıdr. Çünki romalılar o dövrdə belə bir texnologiyaya sahib olmayıblar.

3. Nyuqreync – İrlandiyada tarixi abidə

Alimlər İrlandiyadakı bu abidəni təxminən 300 il əvvəl araşdırmağa başladılar. Aparılmış arxeoloji qazıntılar bu nəhəng abidənin əslində bir məzar olduğunu təsdiqləyir. Günəş döndükcə işıq otağı əsrarəngiz formada öz ağuşuna alır. İrlandlar bunun hurilər və mələklər tərəfindən edildiyinə inanırmışlar.

4. Tikal

Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir.

Tikal mayyalıların ən sıx olduğu yaşayış məskənlərindən biridir. Yaşıl, sıx meşənin içərisində gizlənmiş, xırda göllərin, tala və sarayların çox olduğu bir şəhərdir. Lakin o dövrdə belə nəhəng abidənin necə inşa olunduğu müəmması qalır.

5. Petra – İordaniyada qədim daş oyma abidələri

Petra abidəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən sıldırım qayalıqlar oyularaq düzəldilib. Abidə və ya türbə olduğu ehtimal olunur. Oyuqların kim tərəfindən və necə edildiyi bilinmir. Çünki o hündürlükdə qayalıqlara kranlar qurmadan oyuqlar açılması imkansızdır. O dövrdə isə belə bir texnologiya yox idi.

6. Pasxa adası heykəlləri

Sakit Okeanda yerləşən adaya nəhəng heykəlləri, bəzi iddialara görə, kənardan gətiriblər. Ada sakinləri köləliyə məhkum edilib və satılıb. Bu nəhəng heykəlləri kimlərin və hansı məqsədlə yaratdığı bilinmir.

İlhamə Əbülfət


Müəllif: Teleqraf.com