7 İyul 2017 13:30
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinə məxsus “Lyaonin” aviadaşıyıcısı ilk dəfə Honkonq sularına daxil olub.

Teleqraf.com xəbər verir ki, aviadaşıyıcı Honkonqun Böyük Britaniyadan Çinə verilməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Honkonqun özündə isə Çinin yarımadada hərbi mövcudiyyətini genişləndirməsi səbəbindən siyasi vəziyyət ciddi şəkildə gərginləşib. Üç hərbi gəminin müşayiət etdiyi aviadaşıyıcının Honkonq sularına daxil olması Pekinin əzələ nümayişi kimi qiymətləndirlir.

Bu günlərdə Honkonqa səfər edən Çin Xalq Respublikasının sədri Si Cinpin növbəti dəfə yarımadanın Çindən ayrılmasına yönələn hər hansı hərəkətin qəbuledilməz olduğunu vurğulayıb.

Modernləşdirilmiş “Lyaonin” aviadaşıyıcısı Sovet İttifaqında istehsal olunub. SSRİ dağıldıqdan sonra gəmi Ukraynaya qalıb. Ukrayna hökuməti 1995-ci ildə onu 25 milyon dollara Çinə satıb.


Müəllif: Səxavət