11 İyul 2017 11:09
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Vətəndaş Azadlıqları Birliyi ABŞ Prezidenti Donald Trampı, vitse-prezident Maykl Pensi və prezident tərəfindən yaradılan seçki komissiyasını məhkəməyə verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb komissiyanın fəaliyyətində şaffaflığın çatışmazlığı və qanunların pozulması olub.

Bununla bağlı birliyin saytında bəyanat yerləşdirilib.

Sənəddə bildirilib ki, Tramp sekilər zamanı çox sayda qayda pozuntuları ilə bağlı məlumat verib və onların araşdırılacağını deyib: "Ancaq Tramp sözlərini təsdiq edən şahidlər təqdim etməyib. O, rəqibi Hillari Klintona çox sayda qeyri-leqal miqrantın səs verdiyini iddia edib. Ancaq bu da sübutsuz qalıb".

Bəyanatın sonunda birlik komissiyadan nöqsanlarını etiraf etməyi tələb edib.


Müəllif: Samir

Oxşar xəbərlər