Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
O, ABŞ Müdafiə nazirinin İran barəsində son açıqlamasını rədd edib: "ABŞ Müdafiə naziri İran xalqıbıb ölkədəki quruluşu sevmədiyini deyir. Ancaq 19 may seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 70 %-i İran xalqının möhtəşəmliyini və əzəmətini bir daha göstərdi".
Qeyd edək ki, ABŞ Müdafiə naziri Ceyms Mattis narazılıqla qarşılanan açıqlamasında "İran və ABŞ arasında müsbət ikitərəfli əlaqələrin qurulması üçün İranda hakim quruluş dəyişməlidir" fikirlərini səsləndirmişdi.