12 İyul 2017 20:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin polisi Bode Muzeyindən oğurlanan 100 kiloqram qızılı axtarır.

Teleqraf.com xəbər verir ki, polis Berlinin Yeni Köln ərazisində çoxlu sayda evdə axtarış aparıb. Evlərdən tapılmış bəzi dəlilləri götürən polis bir sıra şəxsləri də nəzarətə alıb.

Polisin axtarış apardığı evlərin əksəriyyətində ərəblər yaşayır.

Məlumat üçün xatırladaq ki, martın 27-də Bode Muzeyindən 100 kiloqram qızıl oğurlanıb. Muzeyə damdan daxil olan oğrular sərgilənən qızılı aparıb.

3 milyon 700 min avro qiymətində olan qızılı əl çantası ilə oğurlayan soyğunçular istifadə etdikləri nərdivan və təkərli əl çantasını hadisə yerində qoyub.


Müəllif: Cavad