15 İyul 2017 20:56
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevin Peçersk rayon məhkəməsi Ali Radanın "Müxalifət bloku" fraksiyasından olan deputatı Mixail Dobkin haqqında iki aylıq həbs qərarı çıxarıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bundan öncə prokurorluğun təqdimatı ilə Ali Rada Mixail Dobkinin deputat toxunulmazlığını ləğv edib.

Məhkəmənin qərarına əsasən, Dobkin 14 sentyabr 2017-ci ilə qədər nəzarət altında olacaq. Məhkəmə deputatın 50 milyon qriven (2 milyon dollar) girov müqabilində azadlığa çıxmasını mümkün hesab edib.

Qeyd edək ki, deputat 2006-2010-cu illərdə Xarkov meri olarkən, 77 hektar torpağın qanunsuz olaraq, icarəyə və ya şəxsi mülkiyyətə verilməsində iştirak etməkdə günahlandırılır. Bunun nəticəsində dövlətə 227 milyon qriven (8,8 milyon dollar) ziyan dəydiyi bildirilir.

Dobkin isə bildirib ki, deputat toxunulmazlığının ləğv edilməsi onun həmkarlarını qorxutmaq məqsədi daşıyır.


Müəllif: Nahid

Oxşar xəbərlər