15 İyul 2017 23:58
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə keçirilən mərasimlər zamanı yüzlərlə avtomobil yandırılıb, 370-ə yaxın insan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Parisien qəzetinin Fransa Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, iyulun13-14-də ümumilikdə 897 avtomobil yandırılıb. Asayiş keşikçiləri 368 nəfəri saxlamalı olublar. Ötən il isə bundan bir qədər az – 855 maşın yandırılmış, 577 nəfər saxlanılmışdı.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, bütün ölkə üzrə yüksək təhlükəsizlik tədbirlərinin görülməsi bayramın nisbətən sakit keçirilməsinə imkan yaradıb. Belə ki, yalnız Parisdə təhlükəsizliyi 11 min nəfər polis qoruyub. Fransa paytaxtının mühafizəsinə, həmçinin Sena sahillərində keşik çəkən 6 çay gəmisi və pilotsuz Reaper uçuş aparatı cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər