20 İyul 2017 08:29
1 056

6 saat qızını maşında bağlayaraq, saç salonuna gedən ana faciəyə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 25 yaşlı Cijanel Etta Fauler qayıtdığı zaman qızının maşında ölü vəziyyətdə tapıb.

Məlumatlara görə, hadisə ABŞ-ın Corciya ştatında baş verib. Araşdırmalar zamanı azyaşlının maşında havasızlıqdan öldüyü məlum olub. Qadın həbs olunub.


Müəllif: Samir