Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Qətərin Xarici İşlər naziri Məhəmməd ibn Əbdülrəhman əl Tani deyib.
Pekinə səfəri zamanı çinli həmkarı Yanq İ ilə görüşən əl Tani bildirib ki, danışıqlar Qətərin suverenliyi, daxili işlərə qarışmamaq və beynəlxalq hüquq çərçivəsində aparılmalıdır.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.