22 İyul 2017 18:47
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin dövlət başçısı Mahmud Abbas İsraillə bütün əlaqələrin dayandırıldığını elan edib.

Teleqraf.com xəbər verir ki, Fələstin dövlət televiziyasında çıxış edən Mahmud Abbas bəyan edib ki, İsrail Məscidi-Əqsanın qapılarına yerləşdirdiyi detektorları yığışdırana qədər Tel-Əvivlə bütün əlaqələr dayandırılır: “Biz İsrail tərəfinin məscidin qapılarına detektorlar yerləşdirməsini əsla qəbul etmirik. Bu səbəbdən də bütün əlaqələr dayandırılır. Xəyali təhlükəsizlik adı altında siyasi təqiblər görüldüyü üçün detektorları rədd edirik. Israilin bu addımının məqsədi Məscidi-Əqsanı ələ keçirmək və sülh prosesindən yayınmaqdır”.

Mahmud Abbas çıxışı zamanı HƏMAS-A birlik mesajı da verib: “Məscidi-Əqsa istiqamətində fəaliyyət birləşdirilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər