27 İyul 2017 23:24
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan "S-400" hava hücumundan müdafiə sisteminin alınmasına dair məsələlər demək olar ki, rahatlıqla həll olunub. Xırda məsələlər qalıb.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Onun sözlərinə görə, raket siztemi müdafiə xarakterlidir: "Biz bu raketlərlə kimisə vurmayacağıq, özümüzü müdafiə edəcəyik"

Kalın "S-400" sisteminin digər müdafiə sistemlərdindən daha baha olmasına dair sualara cavab olaraq bildirib ki, raketdən müdafiə sistemlərinin alınmasına dair müttəfiq ölkələrlə, o cümlədən ABŞ-la aparılan danışıqlar nəticə verməyib: "Müttəfiqlərimiz bizi xəyal qırıqlığına uğratdılar. Bir tərəfdən "biz NATO-da müttəfiqik, sizin müdafiə sisteminiz bərabər səviyyədə qurulmalıdır" deyirlər, digər tərəfdən isə elə bir model təklif edirlər ki, Türkiyə onlardan asılı vəziyyətdə qalır. Bizim "S-400"lə bağlı ən böyük qazancımız sadəcə Türkiyənin təhlükəsizliyinin təmin edilməsilə bağlı deyil, həm də bu texnologiyanın ölkəmizə transfer edilməsidir. Prezidentimiz Putinlə görüşdə bu məsələni qaldırdı və Putin "tamam" dedi. Bu, Rusiyadan Türkiyəyə çox ciddi bir texnoloji transferin başlanğıcıdır. "S-400" sistemi texniki cəhətdən NATO sistemiylə müqayisə edilə bilməz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər