Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, raketin Məkkənin təxminən 70 kilometr cənubuna düşdüyü bildirilib.
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələri ilə döyüşən husilər isə raketin Məkkəni deyil, Məkkə yaxınlığındakı Taif şəhərində yerləşən Kral Fahd Hərbi Hava Bazasını hədəf aldığını bildirib.
Husilər həmçinin, "Vulkan 1" adlı balistik raketlərlə çox sayda hücum etdiklərini və hədəflərini uğurla vurduqlarını iddia edib.
Səudiyyə rəhbərliyi raketlərin Həcc ziyarətini ləngitmək məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, bu il Həcc ziyarətinə təxminən 2 milyon müsəlmanın gələcəyi gözlənilir.