Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Moldovadakı səfiri Fərid Muhametşin məlumat verib.
Onun sözlərinə görə, Roqozinin təyyarəsi Macarıstan-Rumıniya sərhədində bir neçə dəfə dövrə vurduqdan sonra geri qayıdıb.
Faktla bağlı rəsmi Moskva hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Moldova rus aktyorları ölkəyə buraxmamış və aeroportdan geri qaytarmışdı.