30 İyul 2017 13:46
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarına məxsus səsdən sürətli uçan B-1 təyyarələri Koreya yarımadasının üzərindən keçib.

"Report" xəbər verir ki, bu hadisə Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketi sınaqdan keçirdikdən sonra baş verib.

Nüvə başlıqları daşıya bilən təyyarələr Cənubi Koreya qırıcılarının müşaiyəti ilə uçuşu etdikdən sonra Quam adasındakı hava limanına eniblər.

Bununla da ABŞ hərbçiləri Şimalı Koreyanın ballistik raket sınağına cavab vermiş olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər