Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkədə rəqs videolarını paylaşan gənclər həmçinin şəriət geyimi qaydalarını pozmaqda ittiham olunublar.
İran qanunları dansı qadağan edir. Şəriətə görə, zumba kimi danslar əxlaqsızlıq hesab olunur. Latın Amerikasının milli rəqsi hesab olunan zumba kənardan sırınan zərərli mədəniyyət hesab olunur.
Daha öncə inqilab keşikçiləri hovuz partisində iştirak edən 64 gənci saxlamışdı. Polis partinin gizli videosunu çəkərək "əxlaqsızlıq və günayabatma" ittihamları ilə gəncləri saxlamışdı.