Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 28 yaşlı Şennur P. adlı xanım iki dostu ilə İstanbulda metroya düşüb.
Girişində dayanan polislər xanımın arxasınca gedərək şübhələndiklərini deyib, onu təhlükəsizlik yoxlanışı otağına aparıblar. Şennur P. iddia edib ki, kişi polislər otaqdan çıxarılıb, qadın polislərsə onun alt paltarından başqa bütün libasını soyundurublar. O bu hərəkəti özünə qarşı təhqir hesab edib,
metrodan birbaşa məhkəməyə gedib, polislərdən şikayətçi olduğunu bildirib.
Hadisə ilə bağlı dərhal cinayət işi açılıb, Şennur P. haqqında qanunsuz hərəkətlərə yol verən polislərin Mügə Y. ilə Əzizə Ç. olduğu müəyyən edilib.
İstanbul Məhkəməsində açılan cinayət işi ilə onların hər birinin 2 ilə kimi həbs olunması tələbi irəli sürülüb.