Banqladeşdə daşqın qurbanlarının sayı 57-ni ötüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin fövqəladə hallar departamenti məlumat yayıb.
Az öncə qurbanların sayının 28 olduğu açıqlanmışdı. Qurbanlar əsasən ölkənin şimalında qeydə alınıb. Təbii fəlakət 3 milyondan çox insana birbaşa və ya dolayısıyla təsir edib. 500 minə yaxın insan müvəqqəti sığınacaqlara köçürülüb.
Güclü yağışlar Banqladeşlə yanaşı qonşu Hindistan və Nepala də təsir edib. Yağıntılar ölkə ərazisindən axan çaylarda suyun səviyyəsinin qəfildən qalxmasına səbəb olub.