Virciniya ştatının qubernatoru Terri Makalif ştatda konfederasiya ilə bağlı bütün abidələrin götürülməsinə çağırıb.
Teleqraf.com xəbər verir ki, qubernator Tvitterdəki səhifəsində yazıb:
“Abidələrdə mütləq birləşdirici elementlər olmalı, bizi böyük həmvətənlərimizin xatirəsini yad etməyə çağırmalıdır. Təəssüf ki, az müddət öncə Şarlottsvilldə baş verən hadisələr konfederasiya liderlərinə həsr edilən monumentlərin niftət, bölücülük və zorakılıq ocaqları olduğunu göstərdi”.
O, yerli hakimiyyəti və ştatın baş assambleyasını bu monumentləri götürməyə və onları muzeydə, yaxud digər uyğun yerdə yerləşdirməyə çağırıb. Qubernator bu abidələri “Virciniyanın inkişafına və bərabərliyinə təhlükə” adlandırıb.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən heykəlin götürülməsi tələbi ilə əlaqədar Virciniya ştatının Şarlottsvill şəhərində keçirilən keçirilən aksiya güclü iğtişaşa çevrilmişdi.