19 Avqust 2017 18:20
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtının Urala köçürülməsi təklif olunur.

Teleqraf.com xəbər verir ki, Demoqrafiya, miqrasiya və regional inkişaf institutunun direktoru Yuri Krupnov bu təkliflə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

O, öz fikirlərini ölkənin hipermərkəzləşməsi ilə əsaslandırıb: “Paytaxt regionunda Rusiya əhalisinin 1/5 hissəsi yaşayır. Rusiya daxilində belə miqrasiyanın davam etməsi ölkənin geosiyasi çəkisini azaldacaq. Halbuki, Uzaq Şərq və Sibirin inkişafına diqqət yönəltmək lazımdır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər