20 Avqust 2017 17:09
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə terror təhlükəsi həmişə mövcuddur. Səhər saatlarında Türkiyə sərhəddini qanunsuz keçməyə cəhd göstərən 5 İŞİD terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu barədəTürkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

Onun sözlərinə görə, ölkənin sərhəd təhlükəsizliyinin təminatı, o cümlədən insanların həyati təhlükədən uzaq olması üçün ciddi tədbirlər həyata keçirilir: “Dünən olduğu kimi bundan sonra da heç tərəddüd etmədən terrorçulara lazımi cavabı verəcəyik”.

Qeyd edək ki, avqustun 19-da Hatay vilayətində polis İŞİD üzvü olmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb. Güc strukturlarının bölməsinə hücum etmək istəyən bir nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər