ABŞ avqustun 23-dən etibarən bütün Rusiya üzrə qeyri-immiqrasiya vizalarının verilməsini dayandırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyadakı Amerika səfirliyi məlumat yayıb.
Səfirlikdən bildiriblər ki, rusiyalılara müvafiq sənədin verilməsi sentyabrın 1-dən bərpa olunacaq, ancaq ixtisar olunmuş həcmdə.
ABŞ-ın bu addımı Rusiya hakimiyyətinin ölkədəki ABŞ diplomatik missiya üzvlərinin ixtisarına dair qərarı ilə bağlıdır.
Qeyri-immiqrasiya vizası Birləşmiş Ştatlar ərazisində müvəqqəti qalmağa icazə verən sənəddir. Bura, o cümlədən turistik vizalar, işgüzar və təhsil məqsədilə edilən səfərlər zamanı alınan vizalar və sair daxildir.