ABŞ komandanlığında beynəlxalq koalisiya qüvvələrinin Rakka şəhərinə endirdiyi aviazərbələr nəticəsində bir sutka ərzində 80 mülki şəxs həlak olub.
Teleqraf.com SANA agentliyinə istinadla xəbər verir ki, bombardmana Əs-Səxani kvartalları, eləcə də Əl-Badu rayonu məruz qalıb.
Məlumata görə, son 48 saatda bombardmançılar Əl-Hasake əyalətinin Cizaa kəndini də vurub və nəticədə 20 vətəndaş ölüb.
Qeyd edək ki, BMT Rakkada 25 min sakinin təhlükəli vəziyyəti haqda məlumat verib.