25 Avqust 2017 16:08
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə səfər etmək barədə qərar Almaniya vətəndaşları tərəfindən qəbul edilir və Xarici İşlər Nazirliyinin tövsiyələrini diqqətlə araşdırmaq təklif olunur.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Almaniya hökumətinin sözçüsü Steffen Seybert Berlində keçirilən brifinqdə Xarici İşlər naziri Siqmar Qabriyein Türkiyəyə səfər etməmək barədə çağırışını şərh edərən deyib.

Brifinqdə iştirak edən Almaniya XİN nümayəndəsi Mariya Anqbard qeyd edib ki, Xarici İşlər Nazirliyi Türkiyəyə səfərlərdən çəkinmək lazım olduğunu bəyan etməyib.

Qeyd edək ki, Siqmar Qabriel “Bild” nəşrinə müsahibəsində Türkiyəyə səfər etməyin riskli olduğuna dair çağırış edərək nəinki jurnalistlər, adi vətəndaşlar üçün də Türkiyəyə getməyin təhlükəli olduğunu demişdi. Onun fikrincə, Prezident Rəcəb Tayyib Ərdoğanla razılaşmayan hər kəs terrorçu və Gülən hərəkatının davamçısı sayılır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər