28 Avqust 2017 11:19
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzeti ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası zamanı Moskvada “Tramp Tover” tikmək istəyi olduğuna dair iddia ilə çıxış edib.

Teleqraf.com nəşrə istinadla xəbər verir ki, Rusiya mənşəli amerikalı biznesmen Feliks Seter Trampın şirkəti ilə Moskvada “Tramp Tover” göydələninin tikintisini müzakirə edib. “Vaşinqton Post” mənbəyə istinadla Feliks Seterin Trampı Moskvaya dəvət etdiyini, lakin biznesmenin qarşı tərəfdən razılıq ala bilmədiyini yazıb.

Ağ Ev və prezidentin vəkili Maykl Koen nəşrin iddiasını şərh etməyib.

Xatırladaq ki, 2013-cü ilin sentyabrında Tramp Moskvada mətbuat konfransında Rusiyada ofis mərkəzi tikməyi planlaşdırdığını bəyan etmişdi. O, Nyu Yorkdakı “Tramp Tover” tipli göydələninin tikintisi barədə Rusiya şirkətləri ilə danışıqlar aparıldığını vurğulamışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər