28 Avqust 2017 12:35
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov avqustun 28-də Ermənistana səfər edəcək.

Teleqraf.com KTMT-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 30-dək davam edəcək səfər çərçivəsində erməni generalın Prezident Serj Sərkisyan, Xarici İşlər naziri Edvard Nalbandyan, Müdafiə naziri Vigen Sərkisyan və parlamentin rəhbəri ilə görüşü planlaşdırılıb.

Səfər bu ilin payızında Minskdə keçiriləcək KTMT-nin Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası katibliyinin birgə iclasına hazırlıq məsələlərinin müzakirəsi məqsədilə həyata keçirilir.

Xaçatorvun bu məqsədlə KTMT-ya üzv olan digər ölkələrə də səfəri nəzərdə tutulub.

Qeyd edək ki, Xaçaturov bu ilin aprelində KTMT-nin baş katibi vəzifəsinə təyin edilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər