Daşkəndin Mirzə Uluqbəy rayonunda orta məktəbin bədən tərbiyəsi müəllimlərindən təşkil olunmuş könüllü asayiş keşikçiləri ("drujinnik"lər) fəaliyyətə başlayıb.
Teleqraf.com yerli mediaya istinadla xəbər verir ki, rayon polis idarəsinin nəzdində formalaşmış nəzarət qrupları ilə bağlı Özbəkistan Daxili İşlər Nazirliyi və Daşkənd meri birgə qərar verib.
Eksperiment xarakterli addım yaxın günlərdə keçirilən 3 bayramdakı qələbəlikdə asayişin qorunmasına xidmət edəcək.
Özbəkistan sentyabrın 1-də Müstəqillik günü, Qurban bayramı və yeni dərs ilinin başlanmasına hazırlaşır.
Mirzə Uluqbəy rayonu polis idarəsindən bildirlib ki, nəzarət qrupu daxili işlər orqanlarının əməkdaşlarına ictimai asyaişin qorunmasına və şübhəli şəxslərin sənədlərinin yoxlanmasına kömək edəcək. Eksperiment uğurlu olsa, paytaxtın bütün rayonlarında tətbiq ediləcək.