28 Avqust 2017 18:36
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Moskvadakı səfiri Con Tefft Rusiya əleyhinə sanksiyaların “axmaq alət” olduğunu etiraf edib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, o, eyni zamanda sanksiyalara ehtiyac olduğunu bəyan edib.

“Mənə elə gəlir ki, sanksiyalar “axmaq alət”dir. Buna dair heç bir şübhə yoxdur və hamı bunu anlayır. Lakin həmin vaxt Barak Obama administrasiyası qarşısında seçim bu cür idi: Siz Rusiya ilə müharibə etmək istəyirsinizmi?”- deyə səfir “Exo Moskva”ya müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, bu, dünyaya hüququn pozulması ilə razılaşmadıqlarını ifadə etmək üçün lazım idi.

Con Tefft vurğulayıb ki, Moskvaya qarşı sanksiyalar hərbi təsirlərə alternativ kimi qəbul edilmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər