29 Avqust 2017 12:49
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda çörəyin bahalaşacağı barədə həyəcan təbili çalınır.

Teleqraf.com-un məlumatına görə, “Joxovurd” qəzeti çörəyin qiymətinin 20 dram artacağını və ya istehsalçıların məhsulun çəkisini azaldacağını yazıb.

Buna səbəb Kənd Təsərrüfatı Nazirliyinın ərzaq məhsulları təhlükəsizliyi xidmətinin rəisi İşhan Karapetyanın qərarının səbəb olduğu deyilir. Belə ki, sentyabrın 1-dən etibarən çörək və ət məhsulları daşıyan sahibkarlar sanitar pasport almalıdırlar. Əks halda onlar 300 min dram cərimə ödəməli olacaqlar. Bu pasportun alınması isə əlavə maliyyə vəsaiti tələb edir. Bir maşının ekspertizasının qiyməti 15 min dram təşkil edir. Maşın avadanlığının ölçüsündən asılı olaraq, ekspertizanın qiyməti 100 min drama qalxa bilər. Xəbərə görə, çörək və un məmulatı istehsalçıları xərcləri ya çörək və un məhsullarının qiymətinin qalxması və yaxud məhsulun çəkisinin azaldılması ilə kompensasiya etməyə çalışacaqlar.


Müəllif: Nərgiz

Oxşar xəbərlər