31 Avqust 2017 14:39
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Müdafiə Nazirliyi gələn maliyyə ili üçün (2018-ci ilin aprelin 1-dən başlayacaq) rekord məbləğdə hərbi büdcə tərtib edib.

Teleqraf.com-un məlumatına görə, gələ il ölkənin müdafiə xərcləri 5,25 trilyon iena (48,6 milyard dollar) təşkil edəcək. Bunun Koreya yarımadasında situasiyanın dəyişilməsi və Çinin mübahisəli ərazilərdə aktivliyini artırması fonunda baş verməsi diqqət çəkir.

Gələn ilin hərbi xərcləri cari ilin hərbi xərclərindən 2,5 faiz çoxdur. Yaponiya Müdafiə Nazirliyi bu vəsaitin bir hissəsi hesabına iki patrul gəmisi, altı ədəd F-35A təyyarəsi, 4 ədəd “Osprey” konvertoplanı almağı planlaşdırır. Həmçinin, bir ədəd yeni sualtı qayıq inşa olunacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər