Bu prosesə uzun müddətə qoşulmuşam, İngiltərənin uzun çəkən problemləri var.
Bu sözləri Yaponiyada səfərdə olan İngiltərənin baş naziri Tereza Mey ingilis mediasına açıqlamasında deyib.
Təmsil etdiyi Mühafizəkarlar Partiyasının bu ilin iyun ayındakı erkən seçkilərdə uğursuzluğuna baxmayaraq baş nazir partiya liderlyində 2022-ci ildəki növbəti seçkilərə qədər qalacağını bəyan edib.
Tereza Mey Berksitə də münasibət bildirib: "Avropa Birliyindən ayrılandan sonra da qlobal bir İngiltərənin bütün dünya ilə ticarət əlaqəsi saxlamasını, nüfuzunu qorumasını, ölkə daxilidəki bəzi ədalətsizliklərin həllini tapmasını təmin edəcəyik".
Qeyd edək ki, İngiltərədə təkpartiyalı iqtidara sahib olan Tereza Mey may ayında erkən seçki elan etmiş, ancaq bu dəfə İrlandiyanın radikal sağ Demokratik Birlik Partiyasının dəstəyi hesabına hökumət formalşadıra bilmişdi.