Almaniya hökuməti Frankfurt şəhərində 60 min adamı evakuasiya edib. Buna səbəb II Dünya Müharibəsindən qalma bombanın aşkar edilməsidir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şəhərin Vismarer küçəsində həyata keçirilən inşaat işləri zamanı II Dünya Müharibəsi zamanı partlamayan bomba aşkar edilib. Alman hökuməti 1,5 tonluq bombanı zərərləşdirməyə qərar verib. Təhlükəsizlik səbəbindən həmin ərazidə yaşayan 60 minə yaxın sakinin evakuasiya edilməsi lazımdır. Hazırda ərazidə yaşayan sakinlər avtobuslarla ərazidən çıxarılır. Evakuasiya işlərinə bu səhərdən start verilib.
Qeyd edək ki, mütəxəssislər 1,5 tonluq bombanın zərərləşdirilməsi üçün azı 4 saat lazım olduğunu qeyd ediblər.