8 Sentyabr 2017 23:56
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranı Orta Şərq ölkələri arasındakı ixtilafları qızışdırmaqda, beynəlxalq terrorçuluğa dəstəkdə və öz ballistik raket proqramını inkişaf etdirməkdə günahlandırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı danışıb.

Heyli bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin ballistik raket sənayesini gündən-günə genişləndirir: “İran rejimi bölgədə silah qaçaqmalçılığını, terrorçuluğa dəstəyini və region ölkələri arasındakı ixtilafları qızışdırmağı davam etdirir. İran rejimi, həmçinin nüvə başlığı daşımağa qadir ballistik raket texnologiyasını inkişaf etdir, SEPAH isə qanunsuz olaraq həmin raketləri vaxtaşırı sınaqdan keçirir. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurası İranın bu əməlləri qarşısında sakit qalmamalı, bunun qarşısını almaq üçün müvafiq tədbir görməlidir”.


Müəllif: Samir

Oxşar xəbərlər