İrma qasırğası Florida ştatına doğru irəliləyir. ABŞ hökuməti gözlənilən qasırğadan zərər çəkməsin deyə 1,5 milyon sakini təhlükəsiz bölgələrə çatdırmaq işi ilə məşğuldur.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, artıq ABŞ prezidenti Donald Trampın Palm Bic sahilində yerləşən Mara-Lago malikanəsi də boşaldılıb.
Florida ştatının qubernatoru Rik Skott bildirib ki, insanlar təhlükəsizlik zonalarına getməlidir: “Biz evakuasiya zonalarına getməyənlərə bir daha çağırış edirik ki, əraziləri tərk etsinlər. ABŞ ən güclü fırtına ilə üz-üzə dayanıb”.
ABŞ prezidenti Donald Tramp da insanları icra qurumları ilə məsləhətləşməyə və onların sözünə əməl etməyə çağırıb.
İrma ABŞ-da son 100 ilin ən güclü qasırğası hesab olunur.