Nobel Sülh Mükafatı Komitəsinin sözçüsü Olav Njolstad Myanmanın milli lideri Aunq San Suçidən Nobel Sülh Mükafatının geri alınması təşəbbüsünə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Olav Njolstad Myanmada baş verən şiddət və qırğınlar səbəbindən Aunq San Suçinin Nobel Sülh Mükafatından mərhum edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb: “Nobel Komitəsi mükafat verdiyi şəxslərin o dövrdəki işlərini qiymətləndirərək qərarını verir. Zamanında Nobel mükafatına layiq görülən şəxslərin sonrakı dövrdəki fəaliyyəti ilə bu mükafatın hər hansı bir əlaqəsi yoxdur”.
Məlumat üçün bildirək ki, hazırda Myanmada müsəlmanlar kütləvi şəkildə öldürülür. Artıq dini və irqi zəmində öldürülən müsəlmanların sayı mindən çoxdur.
Myanmanın milli lideri isə 21 həbs yatan, Birma hərbi xuntası ilə ciddi mübarizə aparan, insan hüquqlarının müdafiəçisi kimi dünyada ad çıxaran və Aunq San 1991-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Aunq San Suçidir. Dünyanın əksər ölkələrində bu qırğınlara görə Aunq San Suçidən Nobel Sülh Mükafatının geri alınması üçün kampaniya başlayıb.
Ən son məlumatlara görə, bu kampaniyaya 300 mindən çox insan qatılıb.