Suriyalı uşaqlar 5-6 min, daha gözəlləri isə 11 min lirəyə satılır.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Böyük Britaniyada nəşr edilən “Tayms” qəzeti çıxış edib.
Qəzet iddia edir ki, Qazientepedə suriyalı uşaqları 5-6 min lirəyə, daha gözəllərini isə 11 min lirəyə satın alan yaşlı türk kişiləri onlarla evlənirlər.
Qəzetin əməkdaşı Louise Callaghan Qazientepədən yazdığı yazıda bildirib ki, 18 yaşından kiçik suriyalı qızlar ailələrindən satın alınır. Əlavə edilib ki, satın alınan qızlarla evlənən kişilər qısa müddətdən sonra onları boşayırlar.
Xəbərdə Türkiyə ərazisində 3 milyona yaxın suriyalı qaçqının olduğu bildirilir. Qəzet əlavə edib ki, qızların satılması haqda informasiyanı Əbu Cəfər adlı şəxsdən alıb. Yazl müəllifi bildirib ki, Türkiyədə çoxarvadlıq qanunla qadağandır və bu səbəbdən azyaşlı qızlarla evlənmə gizli şəkildə həyata keçirilir.