Qətər Xarici İşlər naziri Məhəmmədin bin Əbdürrəhman Al Taninin İnsan Hüquqları Şurası qarşısında etdiyi çıxış Qətərin böhranın həqiqəti ilə bağlı beynəlxalq ictimai rəyi azdırmaq cəhdini əks etdirir.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu fikirlər Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri dövləti, Bəhreyn Krallığı və Misir Ərəb Respublikasının Qətər xarici işlər nazirinin İnsan Hüquqları Şurasında etdiyi iddiaların rədd edilməsi ilə bağlı bəyanatda əks olunub.
Birləşmiş Ərəb Əmirliklərinin Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi səfir Ubeyd Salim əz-Zəabi tərəfindən İnsan Hüquqları Şurasının 36-cı sessiyasında təqdim etdiyi birgə bəyanatda dörd dövlət qeyd edib: “Qətər nazirinin öz hökumətinin dialoqa hazır olduğu iddia etməsi, onun öz aqressiv siyasətini dəyişdirmədən beynəlxalq ictimaiyyət və ictimai rəy qarşısında imicini yaxşılaşdırmaq cəhdidir”.
Bəyanatda vurğulanır ki, qətərli nazir faktların saxtalaşdırılmasına cəhd edib: “Bu Qətərin siyasi böhranın həqiqəti ilə bağlı beynəlxalq ictimaiyyət və ictimai rəyi davamlı azdırmaq cəhdini əks etdirir. Bundan əlavə o, terrorizm, ekstremizm və nifrətçilik yayan çıxışları dəstəklənməsi və maliyyələşdirməsi, pozuculuq salması, dövlətlərin daxili işinə qarışması faktını inkar etmək siyasətini yürüdür. Qətər xarici işlər nazirinin iddia edir ki, guya onlar insan hüquqları və xalqların öz müqəddəratını təyin etmə haqqına tərəfdardırlar. Bu, bir daha təsdiq edir ki, Qətər xarici işlər naziri tərəfindən hökumətinin dialoqa hazır olmasına dair etdiyi iddialar aqressiv siyasətlərini dəyişdirmədən dünya ictimaiyyəti və beynəlxalq ictimai rəy qarşısında öz imicini yaxşılaşdırmaq cəhdidir. Qətərin yanlışlıq yaymaq cəhdindən heç beynəlxalq qurumlar da qurtulmayıb. Biz Qətərin bir çox illərdir sistematik şəkildə radikal ideologiyalara və terrorizm ideyalarına dəstək verməyinə, zorakılığa rəvac verməyinə və nifrət təbliğ edən çıxışları yaymağına son qoyulması zərurətini vurğulayırıq. 20 ildir Qətər ekstremizm və terrorizmi dəstəkləyən bir platforma quraraq terror ideologiyasının təşviqi ilə məşğul olub və bu ideologiyaya qulluq edən və bəziləri artıq beynəlxalq terrorizm siyahısında olan şəxsləri maliyyə dəstəyi, təhlükəsiz sığınacaq ilə təmin edib. Həmin şəxslərin terror fəaliyyətinin təsiri bölgənin bir çox hökumətləri və xalqlarını əhatə edib, eləcə də onun xaricində yerləşən digər ölkələrin xalqlarına qədər gedib çıxıb. Buna ən gözəl misal, Yaxın Şərqdən kənarda yerləşən bir qrup qardaş və dost ölkələrin Qətərə qarşı oxşar tədbirləri görməsidir. Qətərin xarıcı işlər naziri gərək beynəlxalq platformadan istifadə edərək Şuramız qarşısında əsassız iddialar və ittihamlar səsləndirmək əvəzinə, ölkəsinin terrorizmə dəstək verməyə son qoyacağına əməl edəcəyini bəyan edərdi. Belə ki, Qətərin “blokadası” kimi bir şey yoxdur. Onun dəniz, hava və torpaq limanları boykotçu ölkələrdən başqa bütün ölkələr üçün açıqdır. Həmin ölkələr bu addımı mövcud vasitələrin tükənməsindən, uzun illər boyu Qətərin mehriban qonşuluq prinsipinə uyğun gəlməyən siyasətinə səbr etdikdən sonra onun düşmən siyasətinin qarşısında öz suveren hüquqları çərçivəsində atmışdılar”.
Daha sonra bəyanatda deyilib: “Qətər xarici işlər nazirinin Şura qarşısında boykotun təsirləri haqqında danışdığı halda Qətər qurumları dörd ölkənin gördüyü tədbirlərin heç bir təsiri olmadığı və həyatın təbii axarında cərəyan etdiyindən ağız dolusu danışır. Bu, rəsmi Qətər və onun qurumlarının qəbul etdiyi böyük ziddiyyətləri ortaya qoyur. Amma həmin qurumlar qarışıq ailələr və qardaş Qətər xalqlarının humanitar vəziyyəti ilə bağlı ölkələrimizin qəbul etdiyi qərarları tamamilə görməməzliyə vururlar. Sonda qətərli nazirin çıxışında müdrikliyin olmamasından təəssüflənirik. Çünki həmin çıxışında qardaş Küveyt dövlətinin Əmirinin yüksək dəyər verdiyimiz vasitəçilik səylərinə müsbət davranış sərgiləmək üçün səmimi niyyətin olması görünmür. Həmçinin bu çıxış Qətərin aqressiv siyasətlərindən zərər çəkən dörd dövlət, eləcə də digər dövlətlərin narahatlığına anlayış göstərmək üçün həqiqi hazırlığı əks etdirmir”.