Səudiyyə Ərəbistanının Körfəz İşləri üzrə naziri Samər əl-Səbhan Tvitter səhifəshində İran və Livan “Hizbullahı”nı dünyada beynəlxalq terrorçuluğa dəstək verməkdə günahlandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İranın yetişdirdiyi “Hizbullah” təşkilatını “Şeytan Partiyası” adlandırıb.
Səbhan bildirib ki, dünya birliyi İŞİD-ə qarşı mübarizədə vahid şəkildə davrandığı kimi, İranla Livan “Hizbullahı” ilə də eyni şəkildə rəftar etməli, onların terrorçu fəaliyyətlərinin qarşısını almalıdır.