ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton prezident seçkilərində iştirakdan yayınmış tərəfdarlarını bağışlamayacağını bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Klinton fikirlərini belə izah edib:
“Seçkilərdən sonra bir neçə qadın mənə yaxınlaşaraq, peşman olduqlarını deyib. Mən onları bağışlamayacağam. Növbəti seçkilərdə onlar başa düşməlidirlər ki, iştirakları vacibdir”.