Yunanıstana qaçqın immiqrasiya təşkil etdikləri üçün ömürlük həbs cəzasına məhkum olan türk vətəndaşları cəzaçəkmə müəssisəsindən qaçıb.
Teleqraf.com xəbər verir ki, ömürlük məhkumlar Yunanıstanın Halkidiki bölgəsindəki Kassandra açıq həbsxanasından qaçmağa nail ola biliblər.
Həbs edilən Türkiyə vətəndaşlarının birinin 24, digərinin isə 33 yaşı olub. Onlar həbsxanada işlədikləri zaman nəzarətçi və müşahidə kameralarından yayınmağı bacarıblar. Məlumata görə, müəssisə rəhbərliyi məhkumların türmədən qaçdığını axşam saatlarlında müəyyən edib. Bundan dərhal sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi onların həbsi üçün tədbirlərə başlayıb.