22 Sentyabr 2017 10:13
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də yerli vaxtla 18:14-də Meksikada baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 286 nəfərə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Meksikanın fövqəladə hallar idarəsinin sədri Luis Felipe Puento Tvitter hesabında məlumat verib:

“Mexikoda 161, Morelosedə 73, Qerreroda 6, Oaxakedə isə 1 nəfər həlak olub”.

Puento bildirib ki, 200 nəfərin taleyi ilə bağlı heç bir məlumat yoxdur: “Onlar itkin düşmüş hesab olunur”.


Müəllif: Samir

Oxşar xəbərlər