Dünyanın ən zəngin xanımı Liliana Bettenkourt Parisdə vəfat edib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Liliana Bettenkourt iş adamı və dünyaca məşhur kosmetika brendinin sahibidir.
Biznesmenin ölümü haqqında xəbəri qızı Fransouz Bettenkourt-Meters bildirib. Dünən gecə Parisdəki evində vəfat edən Liliana Bettenkourtun bu il oktyabrın 21-də 95 yaşı tamam olacaqdı.
“Forbes” jurnalı Liliana Bettenkourtu dünyanın ən zəngin xanımı kimi təqdim edirdi. Onun varidatı 33 milyard avro civarındadır.
1922-ci ildə doğulan Bettenkourt 14 yaşından əmək fəaliyyətinə başlayıb, ailənin kosmetik biznesində uzun illər katibə vəzifəsində çalışıb. 1957-ci ildə atasının vəfatından sonra LOreal kosmetika şirkətinin başına keçib.
Fransada nazir vəzifəsində çalışan Andre Buettankourtla evlənmiş milyarder xanımının adı 2007-ci ildən skandallarda hallanıb.