Sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, Pxenyan öz mövqeyini dəyişməyəcək.
Teleqraf.com "RİA Novosti"yə istinadən bildirir ki, bunu BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edən Şimali Koreyanın Xarici İşlər naziri Li Yon Xo bildirib.
"ABŞ Şimali Koreya qurulan ilk gündən onaqarşı sanksiyalara əl atdı. KXDR dünyada ən sərt sanksiyalarla üzləşib. Ancaq heç də ümid etməyin ki, hansısa şans var. KXDR-in sarsılması və düşmən qüvvələr tərəfindən sanksiyaların sərtləşdirilməsinə görə mövqeyini dəyişməsi mümkün deyil", - nazir deyib.