İraq Kürd Muxtariyyəti referenduma hazırlaşdığı bir dönəmdə İran İnqilab Keşikçiləri Komandanlığı ölkənin şimali-qərbində hərbi əməliyyatlar keçirib.
Teleqraf.com xəbər verir ki, müstəqillik referendumundan bir gün öncə keçirilən təlimlərdə hava və quru qoşun növləri iştirak ediblər.
"Məhərrən Təhlükəsizliyi" adlı təlim İraq sərhədinə bitişik Qərbi Azərbaycan və Kürdüstan kəndlərini əhatə edib.
Təlimi yüksək rütbəli zabitlər izləyiblər.