28 Sentyabr 2017 09:42
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər çərçivəsində Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüş zamanı liderlər 5 vacib məsələni müzakirə edəcəklər. Bunlar Suriya böhranı, İraqdakı vəziyyət, İraq Kürdüstanında keçirilən referendum, İran və İraqla birlikdə 4 ölkənin Şimali İraqda atacağı addımlar, S-400 sistemlərinin alışı məsələlərini müzakirə edəcəklər.

Axşam saatlarında Türkiyəyə gələcək Putin Ərdoğanla Beştəpədə görüşəcək.


Müəllif: Samir