29 Sentyabr 2017 13:37
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda iki rusiyalı hərbçini saxlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı FTX məlumat yayıb.

Bildirilib ki, saxlanılan Anna Suxonosova və Dmitri Dolqopolov ilhaq edilmiş Krım torpaqlarına kəşfiyyat məqsədi ilə gəlib:

“Rusiya vətəndaşları olan həri iki şəxs Ukrayna Xüsusi Xidmət Orqanlarına Qara Dəniz donanmasının fəaliyyəti haqqında məlumat verməli idilər. Onlar barəsində dövlət çevrilişinə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Günahları sübuta yetirilərsə, onları 20 ilə qədər həbs cəzası gözləyir”.


Müəllif: Samir

Oxşar xəbərlər