Türkiyədə FETÖ\PDY şəbəkəsinin cinayətlərilə bağlı məhkəmə araşdırmaları davam edir.
Teleqraf.com xəbər verir ki, ittihamnamədə yer alan məlumata görə, FETÖ-nün R.B. adlı qadın üzvü ifadəsində "xocalarımız bizi özlərinin tanıdıqları oğlanlarla evləndirmək istəyiblər", deyə bildirib.
R.B 2010-cu ildə Korkutata Universitetinin Ədəbiyyat Fakültəsində təhsil alıb. O, tələbəlik illərində FETÖ-nün "işıq evləri"ndə qalıb. Axtarışda olan A.K. adlı şəxs R.B-nın müəllimi olub. A.K qız tələbələrə "həyata dair planlarınız varmı? Ailə qurmaq istəyirsinizmi? Əgər evlənmək istəsəniz bizə yaxın olan subay hərbçilər, hakimlər, prokurorlar, müəllimlər var, onlarla ailə qurmağınıza yardım edə bilərəm" deyib.
Qeyd olunur ki, A.K adlı şəxsdə subay oğlan və qızların kataloqu olub. Kataloqda qızların şəkilləri və tərcümeyi-halları yer alıb.