24 Aprel 2014 23:48
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Putin bu gün jurnalistlərlə görüşü zamanı bu peşə sahibləri ilə ünsiyyətdə olmağı sevdiyini dilə gətirib.

“Axar.az” “RİA novosti” agentliyinə istinadən xəbər verir ki, Putin çıxışında jurnalistlərin ekspert kimi məsələyə münasibət bildirib, konkret sual verə bilməsini yüksək qiymətləndirib.

“Əgər mən jurnalist olsaydım, hər hansı bir sahəni tam öyrənib orda özümü ekspert kimi yetişdirərdim. Çünki ancaq belə bir jurnalistlə danışmaq maraqlıdır. Əks halda adi və sadə xəbəri indi internet vasitəsi ilə də asan almaq olur”


Müəllif: