3 Noyabr 2017 01:10
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yeni müdafiə nazirinin adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, ötən gün nazir postundan istefa verən Maykl Fellonun yerinə Qevin Uilyamson təyin edilib.

Qeyd edək ki, Fellon 15 il öncə bir tədbirdə dəfələrlə radio aparıcısı Culiya Hartli-Bereverin dizlərinə toxunub. O, həmin hərəkətindən sonra aparıcıdan üzr istədiyini deyib.

Hadisənin ortaya çıxmasından sonra Fellon təcavüzdə ittiham edilmişdi. Maykl Fallon etiraf edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər