İspaniya məhkəməsi Kataloniyanın sabiq rəhbəri, Brüsselə qaçan Carles Pugidemonti “qırmızı xətlə” axtarışa verib.
Teleqraf.com xəbər verir ki, hazırda Carles Pugidemont İnterpol vasitəsilə axtarışda olan cinayətkar hesab olunur.
Dünən Madrid Məhkəməsi Kataloniya hadisələri ilə bağlı məhkəmə prosesinə başlayıb. Carles Pugidemontun video vasitəsilə məhkəmədə ifadə vermək istəyi isə rədd edilib.
Hazırda Belçikada olan Carles Pugidemont ötən gün dövlət televiziyası RTBF-də bir proqramda iştirak edib və müəyyən açıqlamalar verib. O, bəyan edib ki, yenidən seçkilərdə namizəd olmağa hazırdır:
“Seçkilərdə namizəd olmağa hazıran. İstənilən yerdən seçki kampaniyası aparmaq mümkündür”.
Qeyd edək ki, İspaniyanın Kataloniya muxtariyyəti müstəqillik referendumu keçirib, ardınca müstəqillik bəyannaməsini elan edib. Bundan sonra İspaniya dövləti konstitusiya ilə nəzərdə tutulan sərt addımlar atmağa başlayıb.
Muxtariyyətin separatçı liderləri bundan sonra ölkəni tərk edib.